Britaniya Baş naziri Keir Starmer könüllü olaraq Böyük Mançester meri Endi Börnemin xeyrinə vəzifəsindən istefa verə bilər.
Bakıvaxtı.az Musavat.com-a istinadən xəbər verir ki, məlumatı The Daily Telegraph qəzeti yayıb. Mayın 14-də Börnem şimali İngiltərə seçki dairəsi olan Makerfilddən İcmalar Palatasının əlavə seçkilərində namizədliyini açıqlayıb. 15 mayda hakim Britaniya Leyborist Partiyasının milli icra komitəsi onun namizədliyini təsdiqləyib. Makerfildi təmsil edən hazırkı Leyborist millət vəkili Coş Saymonsun Börnemin parlamentə daxil olmasına şərait yaratmaq üçün istefa verdiyini elan etməsindən sonra əlavə seçkilərin 18 iyunda keçirilməsi gözlənilir. Əgər Börnem seçkilərdə qalib gələrsə, o, Britaniya Baş naziri olmaq hüququna malik olacaq. Böyük Britaniya hökumətinin bütün yüksək vəzifəli üzvləri parlament üzvləri olmalıdır.
"The Daily Telegraph" qəzetinin mənbələrinə görə, Starmer "bütün variantları" nəzərdən keçirir və rəhbərliyinə qarşı hər hansı bir etirazı dəf etməyə hazır olduğunu açıq şəkildə bildirsə də, könüllü olaraq istefa verə bilər. Qəzet əlavə edib ki, bu ssenari Leyborist Partiyasındakı müxtəlif fraksiyalar Börnemin ətrafında birləşərsə mümkündür. Həmçinin qeyd olunur ki, Starmer Makerfild əlavə seçkilərinin nəticələri məlum olana qədər istefa verməyəcək.
Bakı 




