• Bakı 20° C

    2.69 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

XİN-dən 15 İyun paylaşımı

SİYASƏT

15 Iyun 2026 | 09:05 | Müəllif: Əli Hüseynov

XİN-dən 15 İyun paylaşımı

Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və davamlı inkişafının təməlini qoyub.

Bakıvaxtı.az xəbər verir ki, bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin 15 iyun – Milli Qurtuluş günü münasibətilə "X"dəki hesabındakı paylaşımında yer alıb.

"Azərbaycanın müasir dövlətçilik tarixində dönüş nöqtəsi olmuş, ölkəmizin müstəqilliyinin qorunması, sabitliyin bərqərar olunması və inkişaf yoluna qədəm qoyması ilə əlamətdar olan 15 İyun – Milli Qurtuluş Günü münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edirik!

Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və davamlı inkişafının təməlini qoymuşdur. Milli Qurtuluş Günü münasibətilə xalqımıza sülh, rifah və tərəqqi arzulayırıq!" - paylaşımda qeyd olunub.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026