• Bakı 24° C

    7.1 m/s

Qazaxıstan Rusiya-Ukrayna danışıqlarını təşkil etməyə hazırdır

DÜNYA

07 Sentyabr 2026 | 12:47 | Müəllif: Günəş Mərd

Qazaxıstan Rusiya-Ukrayna danışıqlarını təşkil etməyə hazırdır

Qazaxıstan Rusiya ilə Ukrayna arasında münaqişənin həlli üçün tərəflərdən müraciət daxil olacağı təqdirdə təcili danışıqlar təşkil etməyə hazır olduğunu açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi “RİA”ya bildirib.

Nazirlikdən qeyd edilib ki, Astana böhranın dinc, siyasi və diplomatik yollarla həllini ardıcıl şəkildə dəstəkləyir.   

Bəyanatda vurğulanıb ki, tərəflərin istəyi olduğu halda Qazaxıstan danışıqların keçirilməsi üçün lazımi şərait və platforma təmin etməyə hazırdır. Rusiya və Ukraynadan müvafiq müraciət daxil olarsa, məsələ bütün təşkilati və texniki tələblər nəzərə alınmaqla dərhal nəzərdən keçiriləcək.

Qeyd edək ki, Türkiyə də sentyabrın 7-də Rusiya və Ukrayna arasında danışıqların keçirilməsinə vasitəçilik etməyə hazır olduğunu bildirib. Ankara İstanbulun tərəflər arasında birbaşa dialoq üçün effektiv platforma olaraq qaldığını vurğulayıb.  

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026