• Bakı 21° C

    2.45 m/s

Nazir müavini: “Rəqəmsal platformaların tənzimlənməsi dəyişən dövrün əsas tələbidir”

SİYASƏT

08 Iyun 2026 | 12:44 | Müəllif: Əli Hüseynov

Nazir müavini: “Rəqəmsal platformaların tənzimlənməsi dəyişən dövrün əsas tələbidir”

“Rəqəmsal mühitdə platformaların tənzimlənməsi və qiymətləndirilməsi müasir dövrün əsas tələblərindən biridir”.

Bakıvaxtı.az xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini çıxışında rəqəmsal platformalar, onların tənzimlənməsi və dəyişən texnoloji mühitdən danışıb.

O bildirib ki, müasir dövrdə sosial media və digər rəqəmsal platformaların fəaliyyəti daim yenilənən hüquqi və texniki mexanizmlər tələb edir. Nazir müavini qeyd edib ki, bu proses ölkələr arasında əməkdaşlıq və milli qanunvericilik çərçivəsində həyata keçirilməlidir.

Rəşad Həsənov vurğulayıb ki, dəyişən rəqəmsal dövrdə platformaların siyahısının və tənzimləmə mexanizmlərinin yenilənməsi vacibdir və bu, dövlətlərin informasiya təhlükəsizliyi siyasətinə birbaşa təsir göstərir:

“Sosial media platformalarının fəaliyyətinin qiymətləndirilməsi və nəzarət mexanizmlərinin gücləndirilməsi həm istifadəçilərin, həm də dövlətlərin maraqlarına xidmət edir”.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026