• Bakı 21° C

    1.07 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Lənkəranda avtomobil yeniyetmə velosipedçini vurdu - FOTO

HADİSƏ

06 Fevral 2022 | 18:00

Lənkəranda avtomobil yeniyetmə velosipedçini vurdu - FOTO

Lənkəranda avtomobil 12 yaşlı velosipedçini vurub.

Bakıvaxtı.az-ın report-a istinadən verdiyi xəbərə görə, hadisə Lənkəran-Baradigah yolunun Şağlaser kəndindən keçən hissəsində baş verib.

Belə ki, Şağlaser kənd sakini, 2010-cu il təvəllüdlü Şahmurad Şahlar oğlu Əzimovu velosipedlə hərəkətdə olarkən 1962-ci il təvəllüdlü Mürşüd Dadaş oğlu Əhədovun idarə etdiyi “Niva” markalı avtomobil onu vurub.

Yaralı hadisəni törədən sürücü tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ş.Əzimova sağ bazunun kəsilmiş yarası diaqnozu qoyulub və o əməliyyat edilib.

Hadisəyə səbəb kimi avtomobilin idarəetmədən çıxaraq səkiyə çıxdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Lənkəranda avtomobil yeniyetmə velosipedçini vurdu - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026