q
  • Bakı 14° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.9951

    RUB - 2.2513

Koreya səfiri Naxçıvanda əməkdaşlıq məsələlərini müzakirə edib

CƏMİYYƏT

07 May 2026 | 16:54

Koreya səfiri Naxçıvanda əməkdaşlıq məsələlərini müzakirə edib

Cənubi Koreyanın Azərbaycandakı səfiri Kımqu Kanq Naxçıvana səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, səfər çərçivəsində səfir Prezidentin Naxçıvan Muxtar Respublikasındakı (MR) səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovla görüşüb.

Görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanla Cənubi Koreya arasında dostluq və etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, ikitərəfli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Müzakirələr zamanı Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi çərçivəsində əldə olunan razılaşmalardan məmnunluq ifadə edilib.

Naxçıvan Muxtar Respublikasının Orta Dəhliz üzrə kommunikasiyaların qurulmasında mühüm strateji bölgə kimi rolu diqqətə çatdırılıb.

Görüşdə Azərbaycan və Koreya xalqlarının zəngin mədəni irsə malik olduqları vurğulanıb, hər iki ölkənin mədəniyyətinin qarşılıqlı tanıdılması, təbliği və bu sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.


SON XƏBƏRLƏR