q
  • Bakı 17° C

    2.65 m/s

  • USD - 1.7

    EUR - 1.9951

    RUB - 2.2513

İrəvan Fransadan hansı silahları alıb?

DÜNYA

07 May 2026 | 14:30

İrəvan Fransadan hansı silahları alıb?

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 28-də İrəvanın Respublika meydanında Fransa silahlarının nümayiş etdiriləcəyinə söz verib.

Bakıvaxtı.az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Nikol Paşinyan brifinqdə çıxışı zamanı məlumat verib.

Paşinyan bunu Fransa prezidentinə son səfəri zamanı göstərilən təmtərağın nə ilə bağlı olduğuna dair suala cavabında bildirib.

Silah nümayişi Üçüncü Respublika Gününə planlaşdırılıb.

Xatırladaq ki, Ermənistan son illərdə silah tədarükünə dair Fransa ilə bir neçə müqavilə imzalayıb. Əldə edilən silahlar arasında "Caesar" özüyeriyən haubitsalar, daşına bilən zenit-raket kompleksləri, radarlar, "Bastion" zirehli maşınları və s. var.


SON XƏBƏRLƏR

06 May 2026