NATO ölkələri Ukraynaya 70 milyard avro həcmində yeni hərbi dəstək paketi üzrə öhdəlik götürülməsi məsələsini nəzərdən keçirirlər.
Bakıvaxtı.az Moden.az-a istinadla xəbər verir ki, təklif Kiyevə ayrılan yardımın maliyyələşdirilməsinə nəzarət və şəffaflığın təmin olunması üçün yeni mexanizmin yaradılmasını nəzərdə tutur. Məqalədə qeyd olunur ki, təşəbbüs bəzi ölkələrin Ukraynaya dəstəyin maliyyə yükünü digərlərinə nisbətən daha çox daşıdıqlarını bildirmələri fonunda irəli sürülüb. “Politico”nun mənbələrinin iddiasına görə, bu təşəbbüs ötən ay Almaniya tərəfindən təqdim edilib. Müvafiq qərarın Ankarada keçiriləcək NATO sammitində müzakirəyə çıxarılması gözlənilir.
Bakı 




