q
  • Bakı 19° C

    3.33 m/s

  • USD - 1.7

    EUR - 1.9951

    RUB - 2.2513

TƏBİB-ə "transfer" oldu - TƏYİNAT

SİYASƏT

07 May 2026 | 10:33

TƏBİB-ə transfer oldu - TƏYİNAT

Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini vəzifəsindən bir neçə gün əvvəl azad edilən Təranə Əhmədovaya yeni vəzifə verilib.

Bakıvaxtı.az Bakupost.az-a istinadla xəbər verir ki, o, işdən çıxarıldığı gün TƏBİB-də vəzifəyə təyin olunub. Məlumatda bildirilir ki, T.Əhmədovaya əvvəlki sahə üzrə eyni vəzifə həvalə edilib və o artıq işinin icrasına başlayıb.

Bununla bağlı hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Təranə Əhmədova 2024-cü ilin dekabrında Baş Prokurorluğun keçirdiyi əməliyyat zamanı saxlanılan Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin sabiq müdiri Səidə Rüstəmovanı əvəz etmişdi.

Səidə Rüstəmova saxta sertifikasiya işi ilə bağlı ittiham olunur.


SON XƏBƏRLƏR

06 May 2026