q
  • Bakı 19° C

    3.33 m/s

  • USD - 1.7

    EUR - 1.9951

    RUB - 2.2513

100 minə yaxın uşaq artıq məktəb seçimini edib

CƏMİYYƏT

07 May 2026 | 12:19

100 minə yaxın uşaq artıq məktəb seçimini edib

“Bir gün ərzində yüz minə yaxın uşaq məktəb və müəllim seçərək siniflərə yerləşdirilib”.

Bakıvaxtı.az xəbər verir ki, bunu MÜTDA-nın direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

Direktor bildirib ki, məktəbə qəbul prosesi çərçivəsində qısa müddətdə böyük sayda valideyn seçim edib və uşaqlar artıq siniflərə yerləşdirilib.

Eşqi Bağırov qeyd edib ki, bu proses imtahansız, müsabiqəsiz və müsahibəsiz həyata keçirilir:

“Bir gün keçib artıq yüz minə yaxın uşaq məktəbə, müəllimə seçimini edib və sinifdədir”.

Onun sözlərinə görə, qəbul prosesinin elektron şəkildə təşkili valideynlərin seçim imkanlarını daha da genişləndirir.

Qeyd edək ki, birinci sinifə qəbul 6 may tarixindən başlayıb.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

06 May 2026