• Bakı 24° C

    3.9 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

Şərurlu İsfəndiyar şirkəti ilə qazi arasındakı qalmaqaldan DANIŞDI

CƏMİYYƏT

06 Iyun 2026 | 10:27

Şərurlu İsfəndiyar şirkəti ilə qazi arasındakı qalmaqaldan DANIŞDI

Bu günlərdə Şərur MTK-nın ödənişi iki gün gecikdirən şəxsi 20 min manat cərimələdiyinə dair xəbərlər yayılıb. Məlumatda qeyd olunub ki, bu barədə keçmiş hərbçi Amil Əbilov sosial şəbəkə hesabında yazıb. O vurğulayıb: “Zabit tanışımız zəng edib, Şərur MTK-dan ilkin ödənişi 9500 manata olan ev aldığını bildirdi. Lakin 2 gün gecikməyə görə Şərur MTK həmin şəxsi 20 000 manat cərimə etmişdi. Gedib MTK-nın rəhbəri İsfəndiyar Axundovla görüşüb məsələni həll etməyə çalışdıq. İsfəndiyar bəy bizi xoş qarşıladı. Daha sonra sənədləri alıb, qeydlər apardı və cəriməni sildiyini dedi. Ancaq biz mühasibata yaxınlaşıb, cərimənin silindiyini və ödənişi etmək istədiyimizi bildirəndə, xanım 20 000 manat cərimənin silinərək, 25 000 manat yazıldığını qeyd etdi”.
Məsələyə aydınlıq gətirən şirkətin sahibi, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov Bakıvaxtı.az -a açıqlamasında qeyd edib ki, onlar dırnağarası qazilərdir, oyun çıxardırlar:
“Əgər bu məsələ düzdürsə, 20 min cərimə olunan adamın  adını da yazsınlar. Niyə yazmırlar? Belə hoqqabaz "qazilər"imiz də var. Bəziləri gəlirlər, mən onlara güzəşt də edirəm. Bayramda yığıram, təbrik edirəm, hədiyyələrini verirəm. Amma bəzi "qazilər" reketlik edirlər.  Biri bizi polisə vermişdi, axırda məlum oldu ki, Rusiyadan sifariş alırmış. Bunlar belə insanlardır”.

Aydın


SON XƏBƏRLƏR

05 Iyun 2026