• Bakı 24° C

    3.9 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

Azərbaycanda ən çox və ən az olan heyvanlar

CƏMİYYƏT

06 Iyun 2026 | 10:47

Azərbaycanda ən çox və ən az olan heyvanlar

 

Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sayı ilə bağlı statistika ölkədə hansı heyvan növlərinin üstünlük təşkil etdiyini və hansı istiqamətlərdə azalma tendensiyası olduğunu göstərir. Rəsmi rəqəmlərə görə, ölkədə ən çox sayda quş saxlanılır, ən az rast gəlinən heyvanlardan biri isə dəvələrdir.

Bakıvaxtı.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin 2026-cı il yanvarın 1-nə olan məlumatına əsasən, ölkədə quşların sayı 29 milyon 418 min 269 baş olub. Bu göstərici əvvəlki illə müqayisədə 0,4 faiz artım deməkdir və quşçuluğun kənd təsərrüfatında ən geniş yayılmış sahələrdən biri olaraq qaldığını göstərir.

Kənd təsərrüfatı heyvanları arasında isə ən böyük pay qoyunlara məxsusdur. Statistikaya görə, Azərbaycanda 6 milyon 413 min 964 baş qoyun, 390 min 160 baş keçi qeydə alınıb. Qoyun və keçilərin ümumi sayı isə 6 milyon 804 min 124 baş təşkil edib.

İribuynuzlu mal-qaranın sayı 2 milyon 441 min 587 baş olub. Bunun 1 milyon 172 min 405 başını inəklər təşkil edib.

Ən az sayda olan heyvanlar sırasında isə dəvələr və donuzlar yer alıb. Ölkədə cəmi 352 baş dəvə qeydə alınıb. Donuzların sayı isə 3 min 481 baş təşkil edib. Atların sayı 46 min 447 baş, eşşəklərin sayı isə 10 min 311 baş olub.

Arıçılıq sahəsində də azalma müşahidə olunur. Statistikaya əsasən, ölkədə arı ailələrinin sayı 545 min 136 vahid təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,9 faiz azdır.


SON XƏBƏRLƏR

05 Iyun 2026