İran Prezidenti Məsud Pezeşkian ölkənin Ali Rəhbəri Ayətullah Müctəba Xamenei ilə görüşüb.
Bakıvaxtı.az-ın xəbərinə görə, Məsud Pezeşkian İranın Sənaye, Mədən və Ticarət Nazirliyinin məsul şəxsləri ilə görüşdə bu məsələyə toxunub.
O, İranın Ali Rəhbəri ilə görüşünün səmimi atmosferdə və qarşılıqlı hörmət mühitində keçdiyini bildirib.
“Bu yaxınlarda Ali Rəhbər Ayətullah Seyid Müctəba Xamenei ilə görüş keçirdim. Görüş səmimi şəraitdə baş tutdu və müzakirələr təxminən iki saat yarım davam etdi”, - İran Prezidenti deyib.
İran Prezidentinin sözlərinə görə, “düşmənlərin əsas məqsədi ictimai narazılıq yaratmaq, insanları küçələrə çıxarmaq, idarəetmə strukturunu zəiflətmək və nəticədə ölkəni parçalamaq idi”.
“Lakin İran xalqı ordu, hüquq-mühafizə orqanları və təhlükəsizlik qüvvələri ilə birlikdə vəziyyəti ən yaxşı şəkildə idarə etdi və bu ssenarilərin gerçəkləşməsinə imkan vermədi”, - o əlavə edib.
Bakı 




