q
  • Bakı 18° C

    2.65 m/s

  • USD - 1.7

    EUR - 1.9951

    RUB - 2.2513

Bu universitet təmirə bağlanır - Dərslər olmayacaq

CƏMİYYƏT

07 May 2026 | 15:35

Bu universitet təmirə bağlanır - Dərslər olmayacaq

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində mayın 12-dən etibarən tədris prosesi may ayının sonunadək onlayn formata keçiriləcək.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, buna səbəb universitetin ikinci korpusunda təmirə hazırlıq işlərinin aparılmasıdır.

Məlumata görə, artıq bununla bağlı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq əmr də verilib.

Qeyd olunub ki, onlayn təhsil formatına keçid mayın 11-dən deyil, 12-dən tətbiq ediləcək. Belə ki, mayın 11-i qeyri-iş günü olduğundan qərar gələn həftənin ikinci günündən qüvvəyə minəcək.

Bildirək ki, universitet faktı Bakıvaxtı.az-a təsdiqləyib.

Murad İsmayıl


SON XƏBƏRLƏR