• Bakı 23° C

    3.27 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

Bakıdakı söküntü ilə bağlı iddialara - Rəsmi cavab

CƏMİYYƏT

06 Iyun 2026 | 13:34

Bakıdakı söküntü ilə bağlı iddialara - Rəsmi cavab

Yasamal rayon İcra Hakimiyyəti Yasamalda yerləşən mənzilin naməlum şəxslər tərəfindən sökülməsi ilə bağlı iddialara münasibət bildirib. 

Bakıvaxtı.az xəbər verir ki, qurumdan “Qafqazinfo”ya verilən məlumatda bildirilib ki, bu məlumatlar əsassızdır.

“Bəzi sosial şəbəkələrdə vətəndaşa məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi 29 ünvanında yerləşən mənzilin naməlum şəxslər tərəfindən onun xəbəri olmadan sökülməsi ilə bağlı əsassız məlumatlar yayılıb.

Məlumat üçün bildiririk ki, sözügedən ərazidə istismar müddətini başa vurmuş, qəzalı vəziyyətdə olan və şəhərin estetik görünüşünə xələl gətirən binaların söküntüsü həyata keçirilir. Bu proses qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə və sakinlərə müvafiq kompensasiyalar ödənilməklə aparılır.

Qeyd edilməlidir ki, sözügedən mənzilin sahibi N. Nəbiyev tərəfindən cari ilin 23 aprel tarixində müvafiq razılıq protokolu imzalanıb, bununla da ona təklif olunan kompensasiya məbləği ilə razılaşdığı təsdiq edilib. Bu səbəbdən mənzilin sahibinin məlumatı və razılığı olmadan söküntü aparılması barədə yayılan iddialar həqiqəti əks etdirmir.

Eyni zamanda vurğulayırıq ki, sözügedən ərazidə söküntü işləri aidiyyəti qurumların iştirakı ilə, tərəflərin qarşılıqlı razılığı əsasında və qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilir”, - deyə açıqlamada qeyd edilib. 


SON XƏBƏRLƏR

05 Iyun 2026