• Bakı 23° C

    3.27 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

Bəzi vəkillərin fəaliyyətinə xitam verildi

CƏMİYYƏT

06 Iyun 2026 | 14:24

Bəzi vəkillərin fəaliyyətinə xitam verildi

İyunun 6-da Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, gündəliyə uyğun olaraq bəzi vəkillərin dövlət qulluğunda fəaliyyətinə xitam verilməsi ilə əlaqədar vəkillik fəaliyyətinin bərpa edilməsi, dövlət qulluğuna qəbul edildiyinə görə vəkillik fəaliyyətinin dayandırılması, digər vəkil qurumlarına keçməsi, öz arzusu ilə vəkillik fəaliyyətinə xitam verilməsi, eləcə də müəyyən müddətə üzvlük haqqından azad olunması ilə bağlı müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Həmçinin iclasda “Fortis” Vəkil Bürosunun təsis edilməsi və bəzi vəkillərin vəkil kabineti yaratmaları ilə bağlı müraciətləri müzakirə olunaraq müsbət qərarlar qəbul edilib.


SON XƏBƏRLƏR

05 Iyun 2026