• Bakı 24° C

    3.9 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

Hacılar vətənə dönür 

CƏMİYYƏT

06 Iyun 2026 | 09:18

Hacılar vətənə dönür 

Həcc ziyarətindəki zəvvarlardan ibarət ilk təyyarə Azərbaycana yola düşüb.

Bakıvaxtı.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, təyyarə yerli vaxtla saat 12:30-da Bakıya çatacaq: “Bu gün ümumilikdə 180 zəvvar Azərbaycana yollanacaq. Günün ikinci zəvvar təyyarəsi isə yerli vaxtla saat 15:50-də yola düşəcək”.

Vüsal Cahangiri qeyd edib ki, zəvvarlardan ibarət digər təyyarələr gündə 2 reys olmaqla 7 və 9 iyunda yola düşəcəklər.

Xatırladaq ki, bu il ümumilikdə 1150 nəfər Həcc ziyarətinə gedib.


SON XƏBƏRLƏR

05 Iyun 2026