Avstriyada təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
Bakıvaxtı.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Malta yığması ilə qarşılaşıb.
Macarıstanın Sombatxey şəhərindəki “Haladaş” stadionunda oynanılan görüş rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində növbəti oyununu iyunun 9-da San-Marinoya qarşı keçirəcək.
Bakı 




