ABŞ Prezidenti Donald Trampın İranla bağlı müəyyən etdiyi vaxt məhdudiyyətinin başa çatmasına az qaldığı bildirilir. Məlumata görə, Vaşinqton Tehranın danışıqlarla bağlı qərarını qısa müddətdə verməsini gözləyir.
Bakıvaxtı.az Modern.az xəbər verir ki," Al Arabiya" telekanalının məlumatına görə, Donald Trampın Tehranla danışıqlar üçün müəyyən etdiyi 60 günlük müddət başa çatmaq üzrədir.
Məlumata əsasən, Tramp vasitəçilərə danışıqlar prosesinin 60 gündən artıq uzadılmayacağını bildirib və İran tərəfinin tezliklə cavab verməli olduğunu vurğulayıb.
Telekanalın məlumatında qeyd olunur ki, İran aktivlərinin blokdan çıxarılması məsələsində müəyyən irəliləyiş əldə olunub.
Bununla belə, hansı məbləğin azad ediləcəyi və bu prosesin nə vaxt həyata keçiriləcəyi məsələsində tərəflər arasında fikir ayrılıqları qalır.
Hələlik ABŞ və İran tərəfi yayılan məlumatlarla bağlı rəsmi açıqlama verməyib.
Bakı 




