• Bakı 23° C

    3.27 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

“Real” çox güclü hücumçu alır: 150 milyona

İDMAN

06 Iyun 2026 | 15:11

“Real” çox güclü hücumçu alır: 150 milyona

“Real Madrid” “Paris Sen-Jermen”in cinah hücumçusu Xviça Kvaratsxeliyanın transferi üçün 150 milyon avro ödəyə bilər.

Bakıvaxtı.az Lent.az-a istinadla xəbər verir ki, daha əvvəl "Kral klubu"nun prezidenti Florentino Perez adı açıqlanmayan bir futbolçunun transferi üçün 150 milyon avro təklif edəcəyini bildirmişdi.

Məlumata görə, Madrid təmsilçisi artıq gürcü futbolçunun transferi istiqamətində iş aparır. Bildirilir ki, tərəflər arasında danışıqlar da baş tutub. "Real"ın rəhbərliyi 25 yaşlı hücumçunun Madridə köçməyə etiraz etməyəcəyinə inanır.

Bununla belə, PSJ rəhbərliyi komandanın əsas oyunçularından birini itirmək istəmir. Həmçinin Fransa nəhəngi maliyyə çətinliyi yaşamır və futbolçunu satmağa məcbur deyil.

Xviça Kvaratsxeliya ötən mövsüm bütün turnirlərdə 48 oyunda iştirak edib. O, bu qarşılaşmalarda 19 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun PSJ ilə mövcud müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına görə, Kvaratsxeliyanın bazar dəyəri hazırda 140 milyon avro təşkil edir.


SON XƏBƏRLƏR

05 Iyun 2026