Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 61 min ABŞ dolların aşağı düşüb.
Bakıvaxtı.az "Report"a istinadla xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 3,4 % ucuzlaşaraq 60,44 min ABŞ dollarına satılıb. Nəticədə onun kapitallaşması 1 trilyon 210 milyard ABŞ dolları həddinə enib.
Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan "Tether"in qiyməti isə son bir sutkada 0,03 % artaraq 0,99 ABŞ dolları olub.
Bazar dəyərinə görə ilk onluqda yer alan altkoinlər arasında isə son bir gündə ən çox dəyər itirən "Ethereum" olub. Onun qiyməti 8 % azalaraq 1,54 min ABŞ dollarına düşüb.
Kriptovalyuta bazarının toplam dəyəri son sutkada 3,46 % azalaraq 2,08 trilyon ABŞ dollarında qərarlaşıb.
Bakı 




