Dron hücumu zamanı həyatını itirən azərbaycanlı dənizçilərdən dördünün kimliyi dəqiqləşib.
Bakıvaxtı.az modern.az-a istinadən xəbər verir ki, hücuma məruz qalan “Circon” gəminin kapitanı Fuad Orucov və böyük mexanik Qismət Əliyev həlak olublar.
“Natra” gəmisində isə kapitan Rəcəb Əhədov və kapitanın ikinci köməkçisi Məhəmməd Əliyev dünyasını dəyişib.
Hadisə zamanı yaralanan 3 Azərbaycan vətəndaşının vəziyyətinin normal olduğu və hazırda Rusiyanın Krasnodar diyarının Yeysk şəhər mərkəzi xəstəxanasının cərrahiyə və travmatologiya şöbələrində müalicə aldıqları bildirilib.
Bakı 




