Dağıstanın Kaspiysk şəhərinin mərkəzində iri yanğın hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report məlumat yayıb.
Məlumata görə, yanğın şəhərin yaşayış sektorunda yanacaqdoldurma stansiyasının yaxınlığındakı binada baş verib. İlkin məlumata əsasən, hadisə zamanı YDM-də avtomobilə qaz doldurulurdu.
Sosial şəbəkələrdə yayılan kadrlarda ərazidən güclü alov və qatı tüstünün qalxdığı görünür.
Fövqəladə hallar üzrə təcili xidmətlərin əməkdaşları hadisə yerindədir.
Bakı 


jpg-1778159658.jpg)

