q
  • Bakı 19° C

    3.33 m/s

  • USD - 1.7

    EUR - 1.9951

    RUB - 2.2513

Tehran və Vaşinqton razılığa gəldi

DÜNYA

07 May 2026 | 13:33

Tehran və Vaşinqton razılığa gəldi

İran və ABŞ Hörmüz boğazında gəmiçiliyin tədricən bərpası müqabilində İranın dəniz blokadasının yumşaldılması barədə razılıqlara nail olub.

Bu barədə Bakıvaxtı.az "Al Arabiya" telekanalına istinadən xəbər verir.

"Hörmüz boğazının tədricən açılması müqabilində blokadanın yumşaldılmasına dair razılıqlar əldə edilib", - kanalın həmsöhbətləri iddia edir.

Onların məlumatına görə, hazırda bu məsələ ilə bağlı intensiv təmaslar aparılır və boğazda blokadaya alınmış gəmilər ilə bağlı problemin həllində yaxın saatlarda irəliləyiş gözlənilir.

Bununla yanaşı, "Al Arabiya"nın mənbələri dəqiqləşdiriblər ki, hazırda iranlılar və amerikalılar arasında birbaşa görüşlərin keçirilməsinə dair heç bir razılaşma yoxdur, təmaslar vasitəçilər vasitəsilə həyata keçirilməyə davam edir.


SON XƏBƏRLƏR

06 May 2026