q
  • Bakı 19° C

    3.33 m/s

  • USD - 1.7

    EUR - 1.9951

    RUB - 2.2513

“Azadlıq layihəsi” buna görə dayandırılıb

DÜNYA

07 May 2026 | 10:16

“Azadlıq layihəsi” buna görə dayandırılıb

Səudiyyə Ərəbistanı “Azadlıq layihəsi” əməliyyatını dəstəkləməkdən imtina edib, çünki Vaşinqton bu təşəbbüs barədə krallığa əvvəlcədən məlumat verməyib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “NBC News” telekanalı ABŞ administrasiyasının adları açıqlanmayan iki nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, ABŞ Prezidenti Donald Trampın əməliyyatın başlanmasını “Truth Social” sosial şəbəkəsində elan etməsi Fars körfəzi ölkələri üçün gözlənilməz olub. Bu addımın Səudiyyə Ərəbistanı rəhbərliyini qəzəbləndirdiyi iddia olunur. Nəticədə Ər-Riyad ABŞ hərbçilərinin Şahzadə Sultan adına aviabazadan havaya qalxmasına icazə verməyəcəyini və öz hava məkanından istifadəni qadağan edəcəyini Vaşinqtonun diqqətinə çatdırıb. 

Nəşrin iddiasına görə, Trampın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əl-Səud ilə telefon danışığı da vəziyyəti dəyişə bilməyib və nəticədə ABŞ lideri əməliyyatı dayandırmaq məcburiyyətində qalıb.

Xatırladaq ki, hərbi münaqişə səbəbindən Hörmüz boğazında qalmış gəmilərin keçidini təmin etmək məqsədi daşıyan “Azadlıq layihəsi” əməliyyatına mayın 4-də start verilsə də, Donald Tramp bundan 1 gün sonra əməliyyatın müvəqqəti dayandırıldığını elan edib


SON XƏBƏRLƏR

06 May 2026