Fransada Azərbaycan diasporunun üzvü, tanınmış alim Vəfa Mustafayev 88 yaşında vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, V.Mustafayev 1938-ci ildə Bakıda anadan olub.
Vəfa Mustafayev orta və ali təhsilini Bakıda alıb. Daha sonra Fransaya köçən soydaşımız burada diaspor fəaliyyətinə fəal qoşularaq Azərbaycan həqiqətlərinin təbliği, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ardıcıl və məqsədyönlü işlər görüb.
O, uzun illər Parisdə UNESCO-nun mənzil qərargahında çalışıb, qurumun Asiya şöbəsinin rəhbəri və layihə koordinatoru vəzifələrində fəaliyyət göstərib. Azərbaycanın gənc istedadlarının UNESCO platformalarında tanıdılmasına, ölkəmizlə UNESCO arasında əlaqələrin möhkəmlənməsinə və elmi diasporun inkişafına mühüm töhfələr verib.
Bakı 




