• Bakı 19° C

    6.53 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Badamdarda açıq ərazidə başlayan yanğın belə söndürüldü - VİDEO

HADİSƏ

05 Iyun 2026 | 19:30 | Müəllif: Subhan Mahmudov

Badamdarda açıq ərazidə başlayan yanğın belə söndürüldü - VİDEO

Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində açıq ərazidə yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qamışlıq sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 100 kv.m. sahədə qamışlıq yanıb.

Yaxınlıqda yerləşən tikililər və kommunikasiya xətləri yanğından mühafizə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026