Ağcabədi rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə şəhərin mərkəzi prospektində qeydə alınıb.
Cavid Əfqanlının idarə etditi "VAZ-2106" və Elvin Əliyevin idarə etdiyi "VAZ-21011" markalı avtomobillərin toqquşması nəticəsində hər iki sürücü, həmçinin "VAZ-2106"da olan 3 yaşlı uşaq ağır xəsarətlər alıb. Onlar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Bakı 




