• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Latviya ərazisinə 2 dron düşdü - Video

DÜNYA

07 May 2026 | 12:50 | Müəllif: Əli Hüseynov

Latviya ərazisinə 2 dron düşdü - Video

Latviyanın şərqində yerləşən Rezekne şəhərinin ərazisinə 2 ədəd pilotsuz uçuş aparatı (PUA) düşüb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli “Delfi” nəşri məlumat yayıb.

Məlumata görə, dron SIA “East-West Transit” neft anbarının ərazisində yerləşən boş neft çənlərinə çırpılıb. Hadisə nəticəsində 4 boş neft çəni zədələnib.

Bundan başqa, FP-1 tipli digər bir dronun sərnişin qatarına çırpıldığı bildirilir. 

Ölkənin müdafiə naziri Andris Spruds dronların Rusiyadakı hədəfləri vurmaq üçün Ukrayna ərazisindən buraxıla biləcəyini bildirsə də, bunun hələlik ilkin fərziyyə olduğunu qeyd edib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026