Ölkənin qeyri-neft sektorunun aparıcı şirkətlərindən olan “Azərsun Holdinq” Bakı Ekspo Mərkəzində təşkil edilən ənənəvi qida sənayesi və kənd təsərrüfatı sərgilərində iştirak edir.
Sərgidə 3 fərqli istiqamət üzrə çıxış edən “Azərsun Holdinq” qida və qeyri-qida sahələri ilə yanaşı kənd təsərrüfatı istiqamətində də məhsullarını təqdim edir. Şirkətin müxtəlif müəssisələrində istehsal olunan onlarla məhsul “Made in Azerbaijan” brendi altında dünyanın 40-dan çox ölkəsinə ixrac olunur.
Bununla bərabər, şirkətlər qrupuna məxsus AKKİK stendində ziyarətçilərə kağızın təkrar emalı nəticəsində istehsal edilən karton məhsulları nümayiş etdirilir.
Qeyd edək ki, sərginin ilk günündə ölkə başçısı cənab İlham Əliyev “Azərsun Holdinq”in kənd təsərrüfatı stendini ziyarət edib. Onu şirkətin Müşahidə Şurasının sədri Tahir Gözel qarşılayaraq son bir il ərzində görülən işlər barədə məlumat verib.
Bakı 




