İsrail Müdafiə Ordusu fevralın 28-dən Livanda "Hizbullah" hərəkatının 2 mindən çox yaraqlısını öldürüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
""Şir nərəsi" əməliyyatı başlayandan bəri 2 mindən çox "Hizbullah" terrorçusu öldürülüb. Biz hərəkatın darmadağın edilməsi üçün hər bir fürsətdən istifadə edəcəyik", - İsrail ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir bildirib.
O, həmçinin qeyd edib ki, İsrail ordusu ölkənin şimal rayonları sakinlərinin təhlükəsizliyi təmin edilənədək Livanın cənubunda düşmənin aşkar edilməsi və terror infrastrukturunun məhv edilməsi missiyasını davam etdirəcək.
Bakı 




