Nigerin şimalındakı Sahara səhrasında 50 nəfər susuzluqdan ölüb.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, Malidən qayıdan bir qrup sərnişin, onları daşıyan yük maşınının xarab olması səbəbindən Niger və Əlcəzair arasında əsas sərhəd keçid məntəqəsi olan Assamakadan 80 km qərbdə qalmalı olublar. Səlahiyyətlilər bildiriblər ki, sərnişinlərdən ikisi səhranı keçərək Assamakaya çataraq hadisəni bildirə bilib, lakin 50 nəfər susuzluqdan ölüb.
Qeyd olunub ki, sərnişinlər günlərlə xarab olmuş nəqliyyat vasitəsini təmir etməyə çalışsalar da, nuna nial ola bilməyiblər. Nigerin Aqadez qubernatorluğunun açıqlamasında bildirilir ki, sərnişinlər həddindən artıq temperatur və qeyri-kafi təchizat xətlərinin yaşamını olduqca çətinləşdirdiyi bir ərazidə ilişib qalıblar.
Bəyanatda sərnişinləri daşıyan yük maşınının Malinin Telhandek şəhərindən yola düşdüyü, lakin planlaşdırılan marşrutdan kənara çıxdığı qeud olunur. Bildirirlib ki, yük maşınının altında və ətrafında onlarla cansız cəsəd tapılıb.
Məlumatdan sonra axtarış-xilasetmə qrupları hadisə yerinə gəlib və ölənləri kütləvi məzarlıqda dəfn ediblər.
Murad Məmmədli
Bakı 




