q
  • Bakı 14° C

    2.19 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.2641

Şəhid atası dünyasını dəyişdi

CƏMİYYƏT

06 May 2026 | 20:12

Şəhid atası dünyasını dəyişdi

Gəncə şəhərində Vətən mü*haribəsi şəhidi Nemət Məmmədovun atası Faxrəddin Məmmədov və*fat edib.

Bakıvaxtı.az gencexeber.az-a istinadən xəbər verir ki, mərhum bir müddət əvvəl səhhətində yaranmış problemlər səbəbindən dünyasını dəyişib. O, Gəncədəki qəbiristanlıqlardan birində torpağa tapşırılıb.

Qeyd edək ki, Nemət Məmmədov Vətən müharibəsi zamanı göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Döyüşlərdə fərqlənməyə görə” medalları ilə təltif olunub.

Şəhid Nemət Məmmədov Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda gedən dö*yüş*lərdə iştirak edib və Qubadlı istiqamətində şəhidlik zirvəsinə ucalıb.


SON XƏBƏRLƏR