• Bakı 21° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.3076

Azərbaycanda sosial mediadan istifadə qadağan edilir - Bu şəxslərə

CƏMİYYƏT

05 Iyun 2026 | 17:58

Azərbaycanda sosial mediadan istifadə qadağan edilir - Bu şəxslərə

Şəxslərin platformada qeydiyyatına dair tələblər müəyyənləşir.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları və Ailə, qadın və uşaq məsələləri komitələrinin iyunun 8-də müzakirəyə çıxarılacaq  “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, 16 yaşı tamam olmamış şəxslərin platformada fərdi rəqəmsal hesablarının yaradılmasına yol verilməyəcək.

Platformaların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.

Provayder platformada fərdi rəqəmsal hesabın yaradılması zamanı yaş məhdudiyyətinə nəzarəti təmin etmək üçün aşağıdakı texniki üsulların ardıcıl tətbiqini təmin etməlidir:

- şəxsin yaşının bəyan edilməsi;

- şəxsin bəyan edilən yaşının dəqiqləşdirilməsi, habelə 16-18 yaş arası uşağın qanuni nümayəndəsinin fərdi rəqəmsal hesabın yaradılmasına razılığının alınması üçün bank kartı, elektron poçt ünvanı və mobil telefon nömrəsi üzrə məlumatların təqdim edilməsi.


SON XƏBƏRLƏR