• Bakı 22° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.3076

Dövlət büdcəsinə nə qədər vergi daxil olub? -Son 5 ayda...

İQTİSADİYYAT

05 Iyun 2026 | 11:57

Dövlət büdcəsinə nə qədər vergi daxil olub? -Son 5 ayda...

Bu ilin yanvar-may ayları ərzində Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 7 milyard 825,3 milyon manatdan çox vergi daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu göstərici proqnoza nisbətən 130,3 milyon manat çoxdur.

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 6 milyard 187,7 milyon manat təşkil edib və büdcəyə proqnozdan əlavə 109,7 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 471,5 milyon manat və ya 8,2 faiz artıb.


SON XƏBƏRLƏR

04 Iyun 2026