• Bakı 22° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.3076

İmtahan mərhələsindən kimlər azad olunur? - AÇIQLAMA

CƏMİYYƏT

05 Iyun 2026 | 12:24

İmtahan mərhələsindən kimlər azad olunur? - AÇIQLAMA

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın mətbuat katibi Fidan Seyidşahqızı müsabiqə mərhələsinin təşkili və namizədlərin qiymətləndirilməsi prosesi barədə məlumat verib.

Bakıvaxtı.az-ın məlumatına görə, mətbuat katibi bildirib ki, prosesin elektron platforması Əmək və Məşğulluq Altsistemi vasitəsilə idarə olunur və müsabiqə ümumilikdə iki mərhələdən ibarətdir. Milli Observatoriyanın Qiymətləndirmə Mərkəzi tərəfindən təşkil olunan birinci - imtahan mərhələsi 100 dəqiqə davam edir:

"Sualların 70%-ni düzgün cavablandıran namizədlər uğurlu nəticə göstərərək növbəti - müsahibə mərhələsinə vəsiqə qazanırlar. Müsahibə mərhələsində isə namizədlərin bilik səviyyəsi və vəzifəyə uyğunluğu əvvəlcədən elan edilmiş proqram çərçivəsində, xüsusi qiymətləndirmə metodologiyaları əsasında yoxlanılır".

F.Seyidşahqızı qeydiyyat zamanı müvafiq təsdiqedici sənədləri sistemə yükləyən bəzi namizədlərin imtahan mərhələsindən azad edildiyini də diqqətə çatdırıb. Qurum rəsmisinin sözlərinə görə, elmlər doktoru elmi dərəcəsi olan namizədlər, azı 5 il dövlət qulluğu stajına malik dövlət qulluqçuları, peşəkar mühasib və tibb sertifikatı olan mütəxəssislər, həmçinin “Yüksəliş” müsabiqəsinin finalçıları və “Gənc Dost” könüllü proqramını fəxri sertifikatla başa vuranlar imtahan prosesindən azad olunurlar.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

04 Iyun 2026