• Bakı 22° C

    2.59 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.3076

Natiq Cəfərli PA-ya çağırıldı

SİYASƏT

05 Iyun 2026 | 13:44

Natiq Cəfərli PA-ya çağırıldı

Real Partiyasının rəhbəri Natiq Cəfərli ilə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev arasında görüş keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı məlumat redaksiyamıza Partiyanın Mətbuat xidməti tərəfindən daxil olub.

Görüşdə ölkənin siyasi gündəmində olan aktual məsələlər ilə yanaşı Partiyanın fəaliyyəti və digər müxtəlif səpgili məsələlər geniş şəkildə müzakirə olunub.

Qəbul zamanı dünya və regionda cərəyan edən proseslər fonunda Azərbaycanın mövqeyi, qlobal enerji layihələrdə dövlətimizin artan payı, informasiya təxribatları ilə mübarizədə fəal vətəndaş mövqeyinin əhəmiyyəti, siyasi partiyaların ölkənin informasiya məkanında fəaliyyəti, işğaldan azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işlərinin miqyası, regionda formalaşan yeni geosiyasi reallıq, iqtidar-müxalifət münasibətlərinin keyfiyyət etibarı ilə yeni inkişaf müstəvisinə keçməsi, yeni nəsil nümayəndələrinin siyasi proseslərə münasibəti və digər bu kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Partiyadan verilən məlumatda eyni zamanda qeyd olunur ki, ötən müddət ərzində ölkədə siyasi dialoq mühitinin təşviq olunması prosesində Real Partiyasının aktiv iştirakını təqdir edən Administrasiya rəsmisi sağlam əməkdaşlıq mühitinin qorunması işində Partiyanın bundan sonra da öz töhfələrini verəcəyinə əminliyini bildirib.

Görüş zamanı Natiq Cəfərli bildirib ki, yaradılmış mühit siyasətdə etibarlı münasibətlərin bərqərar olmasının əsas səbəbidir. Həmin münasibətlərin qorunması istiqamətində atılmış hər bir addımın müstəsna əhəmiyyətə malik olduğunu vurğulayan Partiyanın rəhbəri mövcud istiqamətdə açıq əməkdaşlıq əlaqələrinin inkişafında hər zaman maraqlı olduğunu qeyd edib.

Digər məsələlər ilə yanaşı “Siyasi partiyalar haqqında” Qanun ətrafında da fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, siyasi partiyaların yeni inkişaf mərhələsinin təcəssümü olan sözügedən Qanun partiyaların sistemli və sözün əsl mənasında siyasi institut kimi inkişafının hüquqi əsasını təşkil edir. Prezident Administrasiyasının rəsmisi milli dövlətçilik ənənələrinin qorunması yolunda Real Partiyasına uğurlar arzulayıb.


SON XƏBƏRLƏR

04 Iyun 2026