• Bakı 22° C

    2.59 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.3076

Müharibə Rusiyaya daşınır: Kiyevdən ağır dərs

SİYASƏT

05 Iyun 2026 | 16:07

Müharibə Rusiyaya daşınır: Kiyevdən ağır dərs

“Ukrayna başından bəri çalışmalıydı ki, müharibə Rusiyanı hansısa formada öz ərazisində də hiss etsin. Faktiki olaraq müharibənin başlanğıcında Rusiya əhalisi üçün Ukrayna ilə savaşın Afrikanın hansısa ölkəsində gedən savaşla heç bir fərqi yox idi”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.

Ekspert hesab edir ki, əgər Ukrayna əvvəldən hərbi əməliyyatları Rusiya ərazisinə daşıya bilsəydi, effekti daha böyük olardı. Onun sözlərinə görə, amma Ukrayna gecikdi və müəyyən qədər Qərbdəki sponsorlarından da qorxdu:

“Qərb dövlətləri qorxurdu ki, müharibənin Rusiya ərazisinə keçməsi nüvə savaşını başlada bilər. Ona görə də Ukraynaya ilk mərhələdə uzaqmənzilli raketlər vermədilər. Hücum silahları əvəzinə müdafiə silahları verdilər. Kiyevin də daha artığına qətiyyəti çatmadı. Amma sonrakı dönəmdə Ukrayna Rusiyanın sinir uclarını test etməyə başladı. Rusiyanın strateji logistika xətlərini, neftayırma zavodlarını vurmağa başladı. Hətta Rusiyanın nüvə elementləri hədəf alındı. Uzaq Sibirdə bombardmançı təyyarələr vuruldu. Krım körpüsü hədəf oldu və s. Yəni yavaş-yavaş müharibəni Rusiya ərazisinə keçirdilər”.

Turab Rzayev: Almaniya, Britaniya və Fransa maksimim çalışırlar ki, Rusiyanın başı Ukrayna müharibəsindən açılmasın

T.Rzayev əlavə edib ki, çox güman, Ukrayna bu qərarı təkbaşına almayıb:

“Qara dənizdə Rusiya donanmasının batırılması, Krım körpüsünə hücum, Kursk vilayətinə diversiya əməliyyatları birbaşa Böyük Britaniya kəşfiyyatı və hərbi komandanlığı ilə birgə təşkil olunan əməliyyatlardır. Ancaq ABŞ ənənəvi olaraq bu cür əməliyyatları dəstəkləmir. Almaniya, Britaniya və Fransa müharibənin eskalasiyasında maraqlıdır və maksimim çalışırlar ki, Rusiyanın başı Ukrayna müharibəsindən açılmasın. Məqsəd Rusiyanı digər regional hədəflərdən uzaqlaşdırmaqdır”.

Aydın Baxış


SON XƏBƏRLƏR