• Bakı 22° C

    2.59 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.3076

İrəvanın sabiq meri saxlanıldı

DÜNYA

05 Iyun 2026 | 14:12

İrəvanın sabiq meri saxlanıldı

Ermənistanın paytaxtı İrəvanın sabiq meri, keçmiş nəqliyyat və rabitə naziri Qaqik Beqlaryan saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın Antikorrupsiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, sabiq məmur vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulması ittihamları ilə üzləşib. Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət təqdim olunub.

Qeyd edək ki, bundan bir gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan seçkiqabağı debatlar zamanı korrupsiya işlərində adı hallanan keçmiş məmurların hamısının məsuliyyətə cəlb ediləcəyini bildirib.


SON XƏBƏRLƏR