• Bakı 22° C

    2.59 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.3076

ÇAĞIRIŞ: Fransada 8 iyunda etiraz aksiyası keçiriləcək

DÜNYA

05 Iyun 2026 | 14:12

ÇAĞIRIŞ: Fransada 8 iyunda etiraz aksiyası keçiriləcək

Kinorejissor Andrea Beskond əhalini 8 iyun, saat 19:00-da Fransadakı bütün məhkəmə binalarının qarşısında aksiyalar keçirməyə çağırıb.

Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, Lihanna işini həddindən artıq ədalətsizlik hesab edən A.Beskond mümkün qədər çox insanı pedofiliya bəlasına və uşaq istismarçılarının cəzasızlığına qarşı qəzəbini dinc şəkildə ifadə etmək üçün təşkilatlanmağa səsləyib.

Qeyd edək ki, Fransada 11 yaşlı Lihanna 29 may 2026-cı ildə Fransanın Gers departamentində yerləşən “Fleurance” şəhərində məktəbdən çıxdıqdan sonra itkin düşüb. O, sonuncu dəfə saat 15:05 radələrində kollecinin yaxınlığında görülüb. Bundan sonra ailəsi və polis onun axtarışına başlayıb. Araşdırma zamanı 41 yaşlı Jerom B. adlı şəxs əsas şübhəli kimi saxlanılıb. O, Lihannanın rəfiqələrindən birinin atasıdır. Şübhəli qızın həmin gün onun maşınına mindiyini etiraf edib, lakin qızın yoxa çıxması ilə əlaqəsini inkar edib. Buna baxmayaraq, o, azyaşlının oğurlanması və qanunsuz saxlanılması ittihamı ilə istintaqa cəlb olunub.

Aydın


SON XƏBƏRLƏR