q
  • Bakı 19° C

    3.33 m/s

  • USD - 1.7

    EUR - 1.9951

    RUB - 2.2513

"Neftçi"ni FİFA niyə cəzalandırıb?

İDMAN

07 May 2026 | 09:24

Neftçini FİFA niyə cəzalandırıb?

"Neftçi" klubuna tətbiq edilən transfer qadağası ilə bağlı məsələyə aydınlıq gətirilib.

Bakıvaxtı.az-ın xəbərinə görə, klubdan oxu.az-a verilən açıqlamada FIFA-nın müvafiq portalında yaranan məhdudiyyətin texniki gecikmə ilə bağlı olduğu bildirilib.

Qeyd olunub ki, transfer ödənişi gecikdiyi zaman FIFA sistemi klubu avtomatik şəkildə "qırmızı siyahı"ya daxil edir və transfer qadağası tətbiq olunur:

"Bu, dünya praktikasında tez-tez rast gəlinən məsələdir. Əsas öhdəliklər bağlandıqdan sonra qadağa avtomatik olaraq aradan qalxır".

Açıqlamada ödənişin klub tərəfindən həyata keçirildiyi vurğulanıb:

"Qarşı tərəf ödənişi təsdiqlədikdən sonra maksimum 3-5 gün ərzində transfer qadağası aradan qaldırılacaq. Narahatlığa əsas yoxdur, heç bir borc öhdəliyimiz yoxdur. Sadəcə, texniki məsələlərə görə bir ödəniş gecikmişdi, o da artıq həllini tapıb. Azarkeşlərimiz narahat olmasınlar".


SON XƏBƏRLƏR

06 May 2026