q
  • Bakı 19° C

    3.33 m/s

  • USD - 1.7

    EUR - 1.9951

    RUB - 2.2513

Almanlar rus bayrağını QADAĞAN ETDİ

DÜNYA

07 May 2026 | 07:54

Almanlar rus bayrağını QADAĞAN ETDİ

Almaniyanın paytaxtı Berlin şəhərində 8 və 9 May tarixlərində keçiriləcək İkinci Dünya Müharibəsinin başa çatmasına həsr olunmuş anım tədbirləri ərəfəsində qalmaqal yaranıb.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, Berlin polisi Sovet İttifaqı və Rusiya ilə əlaqəli bayraq, simvol, hərbi forma və mahnıların istifadəsini qadağan edib.

2026-cı il aprelin 22-də qəbul olunan qərara əsasən, məhdudiyyətlər “Treptow”, “Tiergarten” və “Schönholz”da yerləşən sovet memorial komplekslərini əhatə edir. Polis bildirib ki, qərar təhlükəsizlik məqsədilə və tədbirlər zamanı mümkün qarşıdurmaların qarşısını almaq üçün qəbul olunub.

Rusiya səfirliyi isə qərara sərt reaksiya verib. Diplomatik nümayəndəlik “Agence France-Presse” agentliyinə göndərdiyi açıqlamada Berlin hakimiyyətinin addımını “absurd və kinli qərar” adlandırıb.

Səfirlik bəyan edib ki, qadağalar sovet əsgərlərinin nəsillərinin, veteranların və qonaqların nasizm üzərində qələbənin ildönümünü layiqincə qeyd etməsinə mane olur.

Rusiya səfirliyi məhdudiyyətlərin ləğv edilməsinə çağırıb, həmçinin nasist cinayətlərinin Sovet İttifaqı xalqlarına qarşı törədilmiş “soyqırımı” kimi tanınmasını tələb edib.

Berlin polisi isə növbəti açıqlamasında vurğulayıb ki, Rusiyanın Ukrayna ərazilərinə qarşı müharibəyə başlamasından sonra 8 və 9 May tədbirlərində oxşar məhdudiyyətlər tətbiq edilir:

“Ukrayna müharibəsi fonunda və Berlində ukraynalı qaçqınların sayının artması səbəbindən əvvəllər problem yaratmayan bəzi davranışlar indi təhlükə riski hesab olunur”.


SON XƏBƏRLƏR

06 May 2026