Azərbaycan ildən-ilə daha keyfiyyətli hərbi məhsullar istehsal edir.
Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, bunu "SAHA 2026" müdafiə sənayesi sərgisində Azərbaycan stendini ziyarət edən Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.
Y.Gülər Azərbaycanın hərbi məhsulları ilə tanış olub, Azərbaycan nümayəndə heyəti ilə görüş keçirib.
Türkiyəli nazir jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan "SAHA" sərgisinə ildən-ilə daha keyfiyyətli və üstün məhsullarla qatılır:
"Bu bizi çox sevindirir. Azərbaycanın növbəti sərgilərə də daha təkmilləşdirilmiş məhsullarla qatılmağından çox məmnun olacağıq".
Bakı 




