q
  • Bakı 19° C

    3.33 m/s

  • USD - 1.7

    EUR - 1.9951

    RUB - 2.2513

Bu ölkədə benzin və dizel BAHALAŞDI

DÜNYA

07 May 2026 | 08:30

Bu ölkədə benzin və dizel BAHALAŞDI

Fransada yanacaq istehlakı aprel ayında ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz azalıb.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat və Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, azalma Yaxın Şərqdəki müharibə fonunda yaranan enerji böhranı və artan yanacaq qiymətləri ilə əlaqələndirilir.

Bildirilib ki, benzin və dizel qiymətlərinin yüksəlməsi fransızların səfərlərini azaltmasına səbəb olub:

“Mart ayında benzin və dizel yanacağının qiymətləri 2 faiz artıb”.

Qeyd olunub ki, Fransada benzinin qiyməti Yaxın Şərqdə müharibənin başlanmasından bəri çərşənbə günü rekord həddə çatıb. Belə ki, “SP95-E10” markalı benzinin orta qiyməti litri üçün 2,038 avro, “SP98” markasında isə 2,123 avro olub.

Dizel yanacağının qiyməti isə litri 2,227 avro səviyyəsində qalmaqda davam edir.

Aydın


SON XƏBƏRLƏR

06 May 2026