Ukrayna Rusiyanın Bryansk şəhərində yaşayış binalarına zərbələr endirib.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz məlumat verib.
Onun sözlərinə görə, hücum nəticəsində 13 nəfər yaralanıb.
Qeyd edək ki, hücumlar Kiyevin təklif etdiyi atəşkəs fonunda Rusiyanın Ukrayna ərazilərinə endirdiyi zərbələrdən sonra baş verib. Kiyev isə mümkün pozuntulara “simmetrik” cavab verəcəyini bəyan edib.
Aydın
Bakı 




