Türkiyə Respublikasında Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun iştirakı ilə keçirilən “EFES - 2026” çoxmillətli birgə müştərək təlimi uğurla davam edir.
Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən bildirilib.
Təlimin növbəti mərhələsinin planına uyğun olaraq Azərbaycan, Türkiyə, Albaniya, Niger, Nigeriya və Rumıniya nümayəndələri mağara, sığınacaq və tunellərdə axtarış, eləcə də dağçılıq hazırlığı üzrə məşqlər keçiblər.
Qeyd edilib ki, real döyüş şəraitinə uyğunlaşdırılmış təlimdə hərbçilərimiz tapşırıqların icrası zamanı yüksək təcrübə nümayiş etdiriblər.
Bakı 




