• Bakı 11° C

    10.61 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1523

Komitədən keçmiş deputatın qəssabxanalarla bağlı iradına CAVAB

CƏMİYYƏT

07 Aprel 2026 | 23:48

Komitədən keçmiş deputatın qəssabxanalarla bağlı iradına CAVAB

Keçmiş millət vəkili Etibar Əliyevin yol kənarındakı qəssabxanalarla bağlı Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya açıq məktubuna qurumdan cavab verilib. 

Bakıvaxtı.az xəbər verir ki, sabiq deputat nəvəsi ilə məktəbə gedərkən yol kənarında asılmış dana başlarının onun psixologiyasına mənfi təsirindən narahatlığını bildirib. 

Komitə E.Əliyevin müraciətinə belə cavab verib: 

"Açıq məktubunuza cavab olaraq ilk növbədə diqqətinizə çatdırmaq istəyirik ki, Dövlət Komitəsi olaraq biz heç bir layihəni nə müstəqil, nə də müştərək şəkildə maliyyələşdirmirik. Lakin fəaliyyət istiqamətlərimizə uyğun olaraq əhalinin müxtəlif təbəqələrinin, o cümlədən uşaqların hüquqlarının və ən yaxşı maraqlarının qorunması, eləcə də qurumlararası əlaqələndirmə məsələlərini daim diqqət mərkəzində saxlayırıq.

Qaldırdığınız məsələ ilk növbədə qida təhlükəsizliyi, sanitar-gigiyenik qaydalara əməl olunması ilə yanaşı, uşaqların və digər əhali qruplarının ictimai, sosial və psixoloji maraqları ilə də uzlaşmayan halları ehtiva edir və bu baxımdan xüsusi həssaslıq tələb edir.

Bu səbəbdən qeyd etdiyiniz faktlarla bağlı müraciətiniz aidiyyəti dövlət orqanlarına yönləndiriləcək və məsələnin qısa müddətdə araşdırılması, müvafiq tədbirlərin görülməsi istiqamətində zəruri işlərin həyata keçirilməsi təmin olunacaqdır. Eyni zamanda, nəticələr barədə sizə əlavə məlumat veriləcəkdir".


SON XƏBƏRLƏR

07 Aprel 2026