Aprelin 7-nə keçən gecə Suriyanın Hasekə vilayətindəki Qəsrək bazasının yerləşdiyi zona PUA hücumuna məruz qalıb.
Bakıvaxtı.az yerli mediaya istinadla xəbər verir ki, adının çəkilməsini istəməyən mənbə hücumun İraqdan göndərilən dörd pilotsuz uçuş aparatı ilə həyata keçirildiyini deyib.
Bildirilir ki, PUA-lardan üçü zərərsizləşdirilib, dördüncüsü isə bazanın ətrafındakı boş əraziyə düşüb.
Bakı 




