Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərinə səfər çərçivəsində Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində keçirilən Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisi ilə tanış olub.
Bakıvaxtı.az xəbər verir ki, nümayəndə heyəti universitet stendlərinə baxış keçirib, sərgi çərçivəsində Azərbaycanın müxtəlif ali təhsil müəssisələri tərəfindən təqdim olunan təhsil proqramları, beynəlxalq əməkdaşlıq imkanları və tələbələr üçün mövcud təqaüd imkanları barədə ətraflı məlumat diqqətə çatdırılıb.
Daha sonra nümayəndə heyəti Farabi Hub İnnovasiya Mərkəzində mövcud şəraitlə tanış olublar. Ziyarət zamanı nümayəndə heyətinə mərkəzin fəaliyyəti, eləcə də innovasiya və texnologiya yönümlü layihələr barədə ətraflı məlumat təqdim olunub. Tanışlıq çərçivəsində mərkəzin müasir laboratoriyalarına da baxış keçirilib.
Bakı 












