Kolumbiyanın Vista Hermosa şəhərində gizlənpaç oyunu faciə ilə başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Daily Mail" uşaqların valideynlərinə istinadən məlumat yayıb.
Belə ki, 8 yaşlı qız və 5 yaşlı qardaşı dondurucuda gizləndikdən sonra ölüblər.
Faciə axşam saatlarında, valideynlər qısa müddətə mağazaya getdikləri zaman baş verib. 20 dəqiqə sonra qayıdan valideynlər uşaqları evdə tapmayıb. Axtarışdan sonra bacı və qardaş köhnə soyuducuda tapılıblar və soyuducu həmin vaxt elektrik şəbəkəsinə qoşulmayıb. Atanın sözlərinə görə, uşaqlar içəri girdikdən sonra qapaq təsadüfən bağlanıb. Həkimlərin səylərinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.
Aynur Babazadə
Bakı 




